• 22 Mart 2023
logo
Hikmət Hacıyev: Azərbaycanda koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

Hikmət Hacıyev: Azərbaycanda koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, koronavirusa yoluxmanın azalması sevindiricidr, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da davam etdirilməlidir.

Prezidentin köməkçisi vurğulayıb ki, karantin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək.

"Digər ölkələrdə də karantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz".