Yay mövsümünün yaxınlaşması ilə şəhərlərdə qovaq ağacının tozu virusun potensial daşıyıcısı ola bilər.
Bunu rusiyalı immunoloq-allerqoloq Nadejda Logina deyib.
O bildirib ki, tozun yayılması insanlarda allergik xəstəlikləri artırır və bu insanlar risk qrupuna düşə bilər.
Qeyd olunur ki, yaz-yay mövsümündə sakinlərin təxminən 20 faizi ağac tozuna görə allergiyadan əziyyət çəkir.