• 21 Sentyabr 2020
logo
ÜST: Azərbaycana 19 həkimin gəlməsi həkim çatışmazlığının olması demək deyil

ÜST: Azərbaycana 19 həkimin gəlməsi həkim çatışmazlığının olması demək deyil

“Azərbaycana 19 həkimin gəlməsi ölkədə həkim çatışmazlığının olması demək deyil”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, Azərbaycana gələn həkimlər koronavirusla bağlı xüsusi təlimlərdən keçiblər.
“Məqsəd buradakı xidmət hazırlığının daha da yaxşılaşdırılması üçündür. Bu xəstəliyə qarşı xüsusi təlim keçən həkimlər öz təcrübələrini bölüşəcəklər”, - deyə H. Harmancı vurğulayıb.
REACT-C19 layihəsinin sahə koordinatoru Hamze Zeytinoğlu isə bildirib ki, layihə təkcə Bakıda deyil, regionlarda da davam edəcək.
“Layihə bitdikdən sonra da bu xidmətin göstərilməsi niyyətindəyik. Hər zaman ehtiyac olarsa, Azərbaycana dəstək üçün əlimizdən gələni edəcəyik. Bu proses davam etdiriləcək”, - deyə H. Zeytinoğlu qeyd edib.