• 26 Mart 2023
logo
Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı

Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlandı

Türkiyədən gələn həkimlərin Bakıda çalışacağı xəstəxanalar açıqlanıb.

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı açıqlayıb.

Onun sözlərinə görə, bunlar "Yeni klinika", Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikasıdır:

"Yeni klinikada hazırda 100-dən çox xəstə müalicə alır: Onların içərisində ağır xəstələr üstünlük təşkil edir".

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda COVID-19-un hansı genotipinin yayıldığını öyrənmək maraqlıdır:

"Bununla bağlı tədqiqatın nəticələrini bölüşəcəyik".