• 30 Sentyabr 2020
logo
Azərbaycanda koronavirusdan sağalan şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət ediləcək

Azərbaycanda koronavirusdan sağalan şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət ediləcək

Növbəti həftədən etibarən koronavirusdan sağalan şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzinə dəvət ediləcək.

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, ölkədə bütün müalicə metodlarından istifadə olunur:
"Koronavirusdan sağalan şəxslərin qanlarındakı plazmalarında olan anticisimlər virusa qarşı yetərli olsa, onlar terapevtik məqsədlə ağır xəstələrə köçürülə bilər. Bununla bağlı layihə bu gün Səhiyyə Nazirliyində müzakirə olunacaq".

R.Bayramlı qeyd edib ki, istifadə edilmiş maskaların haraya atılması insanların sosial məsuliyyəti ilə bağlıdır və bu maskalar tibbi tullantı deyil.