• 29 Oktyabr 2020
logo
Hande Harmancı: Bir il boyunca koronavirus gündəmdən çıxmayacaq

Hande Harmancı: Bir il boyunca koronavirus gündəmdən çıxmayacaq

Bir il boyunca koronavirus gündəmdən çıxmayacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

ÜST rəsmisi əlavə edib ki, virus bu gün həm isti, həm də soyuq ölkələrdə yayılıb:

"Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil".