Xaricdə təhsil alan tibb işçilərinin ölkəmizdə çalışması üçün hər çür şərait yaradılıb.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində Türkiyədə tədris keçən 764 nəfərdən 560-sı tibbi təhsilə yiyələnib. Onların 384-ü rezidentura,173 nəfər baza ali tibb təhsili, 3 nəfər magistratura, 16 nəfər isə doktorantura təhsili alıb:
"Həmkarlarımızın Azərbaycanda çalışması üçün çox gözəl şərait yaradılıb. Arzu edirəm ki, gənclərimiz bu 3 aylıq layihənin sonunda Azərbaycanda çalışmaq qərarı verəcəklər".