• 21 Sentyabr 2020
logo
Aprel ayı üzrə bütün pensiyaların ödənişi bu gün yekunlaşdı

Aprel ayı üzrə bütün pensiyaların ödənişi bu gün yekunlaşdı

Respublika üzrə aprel ayının bütün pensiya ödənişləri başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb. Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürüldü.

Pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.

Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olundu.

Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.