• 27 İyul 2024
logo
Küləkli hava gün ərzində davam edəcək - FAKTİKİ HAVA

Küləkli hava gün ərzində davam edəcək - FAKTİKİ HAVA

Əvvəlcədən xəbər verildiyi kimi, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.