• 29 Sentyabr 2020
logo
Azərbaycanda koronavirusun hansı genotipinin yayıldığı araşdırılır

Azərbaycanda koronavirusun hansı genotipinin yayıldığı araşdırılır

Hazırda ölkədə koronavirusun hansı genotipinin yayıldığı araşdırılır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu məqsədlə xaricdə təhsil almış müasir təhsilə malik şəxslər tədqiqatlara cəlb olunub.

O bildirib ki, Azərbaycan əhalisinin sayına görə ən çox test icra edən ölkələrdəndir.