• 24 Mart 2023
logo
Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramlı

Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır - Ramin Bayramlı

Ölkədə 10 modul tipli xəstəxananın qurulmasına başlanıb. Bu gün tibb müəssisələrinin heç birində qıtlıq yaşanmır.

Bunu bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, onlardan 6-sı dövlət, 4-ü isə özəl xəstəxanadır:

"Hazırda həmin xəstəxanaların tibbi heyətin hazırlığına başlanıb. Bunun üçün Çin, Türkiyə və digər ölkələrin təcrübəsi öyrənilir. Artıq tibb müəssisələri koronavirusla bağlı dərman və tibbi ləvazimatlarla təmin edilib".