• 21 Sentyabr 2020
logo
Azərbaycanda koronavirusa yoluxanların sayı mini ötüb, 200 nəfər sağalıb, 11 nəfər ölüb

Azərbaycanda koronavirusa yoluxanların sayı mini ötüb, 200 nəfər sağalıb, 11 nəfər ölüb

Azərbaycanda hazırkı dövrədək 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.