• 25 Oktyabr 2020
logo
Son on gündə e-sosial.az portalına 17,5 milyon baxış olub

Son on gündə e-sosial.az portalına 17,5 milyon baxış olub

Son on gündə e-sosial.az portalına 17,5 milyon, nazirliyin saytına 6,3 milyon baxış, 142-Çağrı Mərkəzinə isə 58 min zəng daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə sosial məlumatlara və bu sahələr üzrə elektron xidmətlərə çıxış imkanı yaradan e-sosial.az portalına son 10 gündə 17,5 milyon baxış qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytına baxış sayı da son 10 gündə 6,3 milyon olub.

Nazirliyin 142-Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışır. Son 10 gündə Çağrı Mərkəzinə 58 min zəng daxil olub. Sosial dəstək tədbirləri, habelə əmək, məşğulluq, sosial təminat, tibbi-sosial reabilitasiya və s. ilə bağlı vətəndaş müraciətləri cavablandırılıb.