• 23 Oktyabr 2020
logo
Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər

Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər

Koronavirusa qarşı vaksin 2020-ci ilin sentyabrında hazır ola bilər.

Bunu Oksford Universitetinin vaksinologiya professoru Sara Gilbert deyib.

Professorun sözlərinə görə, vaksinin həmin müddətə hazır olma ehtimalı 80 faizə bərabərdir.

O əlavə edib ki, vaksinin klinik sınaqları iki həftə ərzində başlamalıdır. Vaksin sınaqların bütün mərhələlərindən keçəndən sonra kütləvi istehsal başlaya bilər.

Qeyd edək ki, bu günədək dünyada 1,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 103 mini keçib.