• 28 Mart 2024
logo
Azərbaycanda 7300-dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur

Azərbaycanda 7300-dən çox hepatit xəstəsi dövlət hesabına müalicə olunur

Azərbaycanda 7315 nəfər viruslu hepatit xəstəsinə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya 10803 nəfər müraciət edib. Onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.