• 21 Sentyabr 2020
logo
3 mindən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb - RƏSMİ

3 mindən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb - RƏSMİ

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin satış kassalarından qabaqcadan alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb.

Bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, 3 mindən çox bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb:

"BBAK-dan qabaqcadan satış kassaları ilə, eləcə də onlayn qaydada alınan biletlərin qaytarılması prosesi artıq bir müddətdir ki, davam edir. İstisna hal kimi qeyd etmişdik ki, mövcud vəziyyəti nəzərə alaraq elan etdiyimiz günlərdə - 29-30-31 mart tarixlərində qabaqcadan satış kassaları vasitəsi ilə bilet alan sərnişinlərlə yanaşı, zərurət yaranarsa, onlayn qaydada bilet alan sərnişinlər də avtovağzala yaxınlaşaraq onlar üçün ayrılan xüsusi kassalardan biletlərinin məbləğini nağd şəkildə geri ala bilərlər. Artıq qabaqcadan satış kassalarından alınan biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb. Təqribən 3 mindən çox vətəndaşın bileti geri alınıb".

P.Məmmədova qeyd edib ki, hazırda 558 əməliyyat kodu üzrə onlayn qaydada alınan biletlərin geri qaytarılması prosesi davam edir:

"Növbəti bir həftə ərzində onlayn qaydada alınan biletlərin də geri qaytarılması prosesinin sona çatdırılması planlaşdırılır. Mövcud vəziyyəti nəzərə alaraq, bir qədər gecikmələrin olması sərnişinlərdə heç bir narahatlıq yaratmasın. Biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılacaq".

Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilərlər.