Ölkədə tətbiq edilən xüsusi karantin qaydaları ilə bağlı Bakıda fəaliyyət göstərən heç bir marşrut xəttinin hərəkət vaxtında dəyişiklik olmayıb.
Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, bütün marşrut xətləri və nəqliyyat mübadilə mərkəzləri əvvəlki qrafiklə işləyir:
"Bütün marşrut xətləri 22:30 və hətta 23:30-a qədər işləyir. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi də bu müddətə qədər marşrut avtobuslarını qəbul edib yola salır. Məhdudiyyət yalnız ekspress avtobus xətlərindədir. Həmin marşrut xətləri səhər 07:00-dan axşam 20:00-a qədər fəaliyyət göstərir. Digər marşrut xətlərinin hərəkət qrafikin heç bir dəyişiklik yoxdur. Həmin marşrutların fəaliyyəti sərnişin axınına uyğun olaraq tənzimlənir".