• 24 Mart 2023
logo
Şəhərlərarası gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib

Şəhərlərarası gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib

Rayondan Bakıya gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib.

Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhnəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin xəstəxanaya gətirilməsi və evlərinə qaytarılması təmin olunur:

"Bunun üçün icazələr verilir. Onkoloji və digər ağır xəstələrin həkim nəzarətində olmasına şərait yaradılıb. Rayonlara və Bakıya gediş-gəlişin bağlanmasına baxmayaraq, bu məsələyə diqqət yetirilir".