• 27 İyul 2024
logo
“Əbədi iztirab” filmi ictimaiyyətə təqdim edildi

“Əbədi iztirab” filmi ictimaiyyətə təqdim edildi

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əbədi iztirab” adlı sənədli filmin çəkilişi (ingilis dilində)” adlı layihəsini yekunlaşdırıb.
Bu gün “Caspian Plaza”da layihə çərçivəsində çəkilmiş həmin filmin təqdimatı keçirilib.
Filmdə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, beynəlxalq humanitar hüququn təməl prinsiplərini təşkil edən müddəalara belə əməl edilmədən işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərin özləri əsarətdə dözülməz şəraitdə saxlanıldıqdan və erməni cəlladlarının onların başlarına gətirdikləri qəddarlıqlardan ürək ağrısı ilə bəhs edirlər. Həmçinin həmin dövrdə əsirlərin qaytarılması prosesində iştirak etmiş Dağlıq Qarabağ üzrə nümayəndə BQXK əməkdaşlarının ikili starndartlardan mövqe nümayiş etdirmələrindən, layihə rəhbəri isə münaqişələr zamanı tətbiq edilməli olan, lakin qarşı tərəfin pozduğu beynəlxalq konvensiya və qanunlardan danışılır.
Filmin təqdimatında görkəmli hüquqşünas alimlər, hərbi prokurorun köməkçisi, hərbi ekspertlər, ictimai xadimlər, tanınmış QHT sədrləri, əsir-girovluqdan azad edilmiş şəxslər və media nümayəndələri iştirak ediblər.
Təqdimatda hüquq üzrə elmlər doktoru, ehtiyatda olan polkovnik Bəhrəm Zahidov, ehtiyatda olan polkovnik, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev, Birinci Qarabağ Müharibəsi zamanı DTX-nın Şuşa şöbəsinin müdiri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar DK-nın Qarabağ üzrə nümayəndəsi işləmiş ehtiyatda olan mayor Ağalar Əliyev, İSBAM sədri Samir Adıgözəlli, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli çıxış edib.
İngilis dilində səsləndirilən “Əbədi iztirab” adlı sənədli film vasitəsi ilə münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq nümayiş etdirən beynəlxalq təşkilatlar və sözdə özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə əyani şəkildə, günahsız müharibə qurbanlarının dilindən tanış olacaqlar.
Filmin linki beynəlxalq təşkilatlara və Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə göndəriləcəkdir.
Beləliklə, bu günümüz üçün çox vacib olan Azərbaycan həqiqətləri və erməni vəhşilikləri dəlil-sübutlarla, olduğu kimi, dəhşətli işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş soydaşlarımız vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılacaqdır.