• 19 Aprel 2024
logo
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçməklə elektron qaydada hesabatları təqdim etmək olar.
Qeyd edək ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.