• 19 Aprel 2024
logo
Məişət zorakılığı ilə bağlı növbəti müzakirə keçirilir – VİDEO

Məişət zorakılığı ilə bağlı növbəti müzakirə keçirilir – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” layihəsi çərçivəsində internet tv-də nəzərdə tutulmuş ikinci veriliş ərsəyə gəlib.

AXC TV-nin “Azad meydan” proqramında bu yöndə sualları “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov və “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri Nailə İsmayılova cavablandırıb.

Verilişdə məişət zorakılığının baş vermə səbəblərindən, problemin nəzəriyyələrindən, Azərbaycanda bu sahədə həyata keçirilən işlərdən, problemin həlli zamanı meydana gələn çətinliklərdən, ailədaxili şiddətdən, tərəflər arasında insidentdən, dövlət və cəmiyyətin üzərinə düşən vəzifələrdən və s. bəhs olunub.

Ətraflı videoda:

Facebook