• 20 Aprel 2024
logo
QHT təmsilçilərinin iştirakıyla ağacəkmə aksiyası keçirilib

QHT təmsilçilərinin iştirakıyla ağacəkmə aksiyası keçirilib

Agentlik Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirib.
Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov və Samir Məmmədov, Agentliyin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aksiya zamanı Bakı və Abşeron şəhərinin iqliminə uyğun olaraq 3 hektar əraziyə 2000-dən çox Eldar şamı, zeytun ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.