• 25 Aprel 2024
logo
Emin Həsənli Türkiyədə ordu generalı ilə görüşüb

Emin Həsənli Türkiyədə ordu generalı ilə görüşüb – FOTO

Türkiyədə səfərdə olan "Qardaşlığımız əbədidir" QHT koalisiyasının və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" Ictimai Birliyinin sədri Emin Həsənli zəlzələ bölgəsini ziyarət edəndən sonra İstanbula gəlib. İstanbulda Birinci Ordu komandanı, İstanbulun qarnizon rəisi, ordu generalı Əli Sivri ilə görüşüb.

Bu barədə Herbiand.az-a məlumat verən Emin Həsənli əvvəlcə ordu generalına başsağlığı verdiyini bildirib.

“Bir daha yada saldım ki, Azərbaycan xalqı və Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ideyasına sadiqdir və bu ideyaya söykənərək daima qardaş Türkiyənin yanındadır. Xatırlatdım ki, böyük Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyirdi, bu gün Azərbaycanda da hamı hesab edir ki, Türkiyənin kədəri Azərbaycanın kədəridir”.

Daha sonra Əli Sivri Azərbaycanın qardaşlıq yardımlarını yada salaraq bunun üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkürünü bildirib. General Azərbaycanın son illər qazandığı uğurları xatırladıb. Eyni zamanda 44 günlük müharibədə qazandığı zəfəri yüksək qiymətləndirdiyini vurğulayıb.

Söhbət əsnasında Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin yüksək səviyyədə olması da vurğulanıb və bu əlaqələrin genişləndirilməsinin vacibliyi bildirilib.

Görüşdə Türkiyə Muharıb Qazilər Dərnəyinin İstanbul şöbəsinin başqanı, Kıprıs qazisi Əhməd Kəndigəl iştirak etmişdir.