• 16 Aprel 2024
logo
Türkiyənin QHT nümayəndələri hərbi təyyarə ilə Bakıya gəldi

Türkiyənin QHT nümayəndələri hərbi təyyarə ilə Bakıya gəldi

ZƏFƏR GÜNÜ münasibətilə ölkəmizə səfər edən qardaş Türkiyənin hərbyönümlü təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya eniş edib.

Herbiand..az xəbər verir ki, ZƏFƏR GÜNÜ münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə tədbirlər keçirəcək. Qardaş Türkiyə Respublikasının hərbyönümlü təşkilatlarının rəhbər və üzvlərindən ibarət nümayəndə heyəti həmin tədbirlərdə iştirak üçün ölkəmizə səfərə gəlib.

Nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı daha sonra isə Şəhidlər Xiyabanı ziyarət edəcək