• 11 Dekabr 2023
logo
“Bu tipli tədbirlər növbəti illərdə digər regionlarda da keçiriləcək”-Ramil Əliyev

“Bu tipli tədbirlər növbəti illərdə digər regionlarda da keçiriləcək”-Ramil Əliyev

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi yekunlaşıb.
Bu barədə xalqcəbhəsi.az-a İctimai Birliyin sədri Ramil Əliyev məlumat verib. R.Əliyev bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Əsas məqsəd aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi olub. Layihə çərçivəsində 12 oktyabr 2022-ci il tarixində Şəki rayonu Dövlət Regional Kollecində, 13 oktyabr 2022-ci il tarixində Qax Rayonu Heydər Əliyev Mərkəzində, 14 oktyabr 2022-ci il tarixində Balakən Rayonu Heydər Əliyev Mərkəzində, 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbirlər keçirilib. Ümumilikdə keçirilən tədbirlərdə şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və region gəncləri olmaqla 200 nəfər iştirak etdib. İctimai Birliyin sədri Ramil Əliyev, Zəfər tariximizin regionlarda təbliği ilə əlaqədar olaraq bu tipli tədbirlərin növbəti illərdə digər regionlarda keçiriləcəyini deyib. Ramil Əliyev layihənin təşkilində maliyyə dəstəyinə görə başda Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi olmaqla, Agentliyin bütün əməkdaşlarına, və layihənin təşkilində göstərdikləri dəstəyə görə Prezident Administrasiyasına və müvafiq yerli icra hakimiyyəti orqanlarına, eləcə də, kütləvi informasiya vasitələrində layihənin icrası ilə bağlı məlumatların dərc olunmasında göstərdikləri diqqətə görə bütün media nümayəndələrinə öz təşəkkürünü bildirib.