• 27 İyul 2024
logo
Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihə həyata keçirilir

Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihə həyata keçirilir

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqini həyata keçirməyə başlayıb. Olaylar xəbər verir ki, Layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.
Layihə çərçivəsində "ekosular.az" saytı yaradılıb. Saytda ətraf mühitin, o cümlədən, su hövzələrinin təmiz saxlanması, biomüxtəlifliyin qorunmasına dair araşdırma məqalələr, məlumatlandırıcı və maarifləndirici yazılar yayımlanacaq.
Bundan başqa, layihə çərçivəsində Bakıda və regionlarda Xəzər sahillərinin, çay və göllərin, su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi aparılacaq, həmçinin, "Su hövzələrimizi çirklənmədən və brakonyerlərdən qoruyaq" adlı buklet və layihə boyunca aparılmış monitorinqin nəticələrinə həsr olunmuş hesabat hazırlanacaq.