• 29 Mart 2024
logo
QHT sədri: "Azərbaycan xalqı öz şəhidlərinə layiq olduqları qiyməti verir"

QHT sədri: "Azərbaycan xalqı öz şəhidlərinə layiq olduqları qiyməti verir"

"27 sentyabr Azərbaycan xalqının yaddaşında şərəf və Anım Günü kimi qalacaq. Çünki 44 günlük Vətən müharibəsinin başlandığı bu gün xalqımız və dövlətimiz Şərəfli Zəfər qazandı". Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.
Səadət Məhərrəmova deyib ki, 27 sentyabr- Vətən müharibəsinin başlandığı gün hər bir soydaşımız ərazilərimizin geri qaytarılmasına ümidli idi: "Xalqımız və ümumiyyətlə dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün mübarizliyini göstərdi. Uğurlu zəfərlərdə sərkərdələrin çox böyük rolu olur. Bu müharibədə də Azərbaycan xalqı necə Ali Baş Komandana sahib olduğunu bir daha gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi öz gücünü ortaya qoydu.
Ərazi bütövlüyümüzün nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevirildi. Azərbaycan xalqı bu şanlı Zəfərlə iftixar və qürur hissi keçirir".
Səadət Məhərrəmova bildirib ki, Vətən müharibəsində şəhid olan vətən övladlarının xatirəsi daimi dövlətimiz və xalqımız tərəfindən ehtiramla yad edilir: "Bildiyimiz ki, Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı imzalayıb. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Bu gün Azərbaycan xalqı öz şəhidlərinə layiq olduqları qiyməti verir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik.
Yeri gəlmişkən, bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təşkilatçılığı ilə QHT rəhbərləri və nümayəndələri "27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarını, I və II Şəhidlər Xiyabanlarını ziyarət olundu. Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin rəhbərliyi olaraq biz də şəhidlərimizin anım günü ilə bağlı bu ziyarətdə iştirak etdik. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etikcə bir daha xalqımızla qürur duyduq".