• 29 Mart 2024
logo
QHT sədrindən nəcib addım: 30-şagirdə məktəbli geyimi...

QHT sədrindən nəcib addım: 30-şagirdə məktəbli geyimi...

“Sağlamlığın Qorunması” İctimai Birliyi sədri, Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva tərəfindən 15 sentyabr “Bilik günü” münasibətilə Gədəbəy rayon və kənd məktəblərinin 1-ci sinif şagirdlərinə zəruri ehtiyacı olan 30-şagirdə məktəbli geyimi, çanta və s. məktəb ləvazimatları hədiyyə edilib.

Cəmiyyət sədri adından yeni dərs ilində şagird adı qazanmış uşaqlar təbrik edilib. Bu qayğıya görə müəllim, şagird və valideynlər ictimai birliyin sədrinə minnətdarlıqlarını ifadə ediblər.