• 29 Mart 2024
logo
“Peşələrə yiyələnək” adlı layihə uğurla başa çatdı

“Peşələrə yiyələnək” adlı layihə uğurla başa çatdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin "Tənhalara dayaq" İctimai Birliyinin həyata keçirdiyi “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübə, bacarıq və vərdişlərin formalaşması layihəsi çərcivəsində Bakı şəhəri üzrə 04-13 aprel 2022-ci il tarixlərində kecirilən tədbirlər başa çatdı.
Layihənin məqsədi, gənclərin gələcək iş karyerası qurmaları, onlarda təcrübə, bacarıq və vərdişlərin formalaşması, sənətə yiyələnmələri və halal zəhmətlə davamlı pul qazanmaq imkanlarını əldə etmələri üçün, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatlarının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşiyir.
Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyinin sədri Xoşbəxt Seidova çıxış edərək, layihə haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, peşə təlimləri vasitəsi ilə verilən məlumatlar, yeniyetmə və gənclərin yeni peşələrə yiyələnmək həvəslərini daha da gücləndirdi. Həssas təbəqəyə malik gənclər gələcək məşğulluqlarını təmin etmək üçün imkanlar əldə edərək, sağlam həyat tərzi sürəcək, zərərli vərdişlərdən və fəaliyyətlərdən uzaq duracaqlar.
Tədbirdə iştirak edən, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının əməkdaşları Samir Ağayev, Lalə Paşayeva, Hafiz Cəfərzadə və Elşən Gülməmmədov, Bakı Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin mütəxəssisi Ülviyyə Rüstəmli, Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlıya, Daxili İşlər Nazirliyinin əməkdaşı Hafiz Təmirov, Gənclər və İdman Nazirliyinin Nizami rayonu üzrə əməkdaşı Mənzər Rzayeva, Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müəlliməsi Rəsmiyyə Allahverdiyeva mövzu haqqında ətraflı çıxış etdilər.
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi üzvüləri adından tədbirlərin keçirilməsinə dəstək olan, Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Daxili İşlər Nazirliyinə, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə, Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Mahir Namazova və 5 nömrəli Bakı Peşə Məktəbinin direktoru Pərviz Əfəndizadəyə dərin təşəkkürümüzü bildiririk.