• 26 Aprel 2024
logo
“Peşələrə yiyələnək” təlimləri başa çatdı

“Peşələrə yiyələnək” təlimləri başa çatdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübə, bacarıq və vərdişlərin formalaşması layihəsini sonuncu tədbirini 13 aprel 2022-ci ildə təşkil edib.
Layihə gənclərin gələcək iş karyerası, onların bacarıq və vərdişlərinin formalaşması, sənətə yiyələnməsi, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşıyır.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının sosial əməkdaşlıq şöbəsinin apariıcı mütəxəssisi Samir Ağayev, Bakı Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin mütəxəssisi Məhbubə Məmmədova iştirak ediblər.