• 27 Aprel 2024
logo
“Peşələrə yiyələnək” təlimlərinə start verildi

“Peşələrə yiyələnək” təlimlərinə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi 04-05 aprel 2022-ci il tarixlərində “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübi bacarıq və vərdişlərin formalaşması layihəsini təşkil edib.
Layihənin başlıca məqsədi gənclərə peşəyönümü sənət öyrətməklə maarifləndirici sosial dəstək verməkdir. Gənclərin gələcək iş karyerası üçün, onların bacarıq və vərdişlərinin formalaşmasına, sənətə yiyələnməsinə və halal zəhmətlə davamlı pul qazanmaq imkanlarını əldə etmələri üçün, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunmasıdır.
Hər bir təlimldə 22 nəfər gənc iştirak edib və təlimin sonunda gənclərə sertifikatlar təqdim olunub. Tədbir zamani təlimçi gəncləri pəşə yönumlu sənətlər haqqında məlumatlandırıb. Tədbirdə Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının sosial əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Samir Ağayev, Mərkəzi Karyera filialının Xidmət İnkişafı və innovasiyalar şöbəsinin müdiri Pərviz Əfəndizadə, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Mahir Namazov iştirak ediblər.