• 19 Aprel 2024
logo
“Peşələrə yiyələnək” təlimləri davam edir

“Peşələrə yiyələnək” təlimləri davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübə, bacarıq və vərdişlərin formalaşması layihəsini növbəti tədbirini 11-12 aprel 2022-ci ildə təşkil edib.
Layihə gənclərin gələcək iş karyerası, onların bacarıq və vərdişlərinin formalaşması, sənətə yiyələnməsi, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşıyır.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının sosial əməkdaşlıq şöbəsinin apariıcı mütəxəssisi Samir Ağayev, Nizami rayon Gənclər və İdman İdarəsi mütəxəssisi Rzayeva Mənzər, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının Peşə hazırlığı departamentinin Tədris müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Lalə Paşayeva iştirak ediblər.