• 25 Aprel 2024
logo
Gənclər üçün peşə təlimləri təşkil olunub

Gənclər üçün peşə təlimləri təşkil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclərin"Tənhalara dayaq" İctimai Birliyi “Peşələrə yiyələnək” – aztəminatlı gənclər üçün peşə təlimin təşkili, təcrübə, bacarıq və vərdişlərin formalaşması layihəsini 06-08 aprel 2022-ci ildə təşkil edib.
Layihə gənclərin gələcək iş karyerası, onların bacarıq və vərdişlərinin formalaşması, sənətə yiyələnməsi, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşıyır.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının Peşə hazırlığı departamentinin Peşə hazırlığı mərkəzləri ilə iş şöbəsinin baş mütəxəssisi Hafiz Cəfərzadə, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının sosial əməkdaşlıq şöbəsinin apariıcı mütəxəssisi Samir Ağayev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi aparatının Peşə hazırlığı departamentinin Tədris müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Lalə Paşayeva iştirak ediblər.