• 29 Mart 2024
logo
Azəri Gənclər Alyansı “Erkən nikahlara yox!” adlı növbəti layihəni uğurla həyata keçirir

Azəri Gənclər Alyansı “Erkən nikahlara yox!” adlı növbəti layihəni uğurla həyata keçirir

“Azəri Gənclər Alyansı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikahlara yox!” adlı layihəni uğurla davam edir. Layihədə məqsəd ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyani bölgələrdə - Lerik və Astara rayonlarının orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etməkdir. Təlimlərdə hədəf, eyni zamanda, yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına töfhə verməkdir.
Cari ilin aprel ayının 15-i və 16-da Lerik rayonunun Heydər Əliyev Mərkəzində layihə çərçivəsində keçirilən 2 günlük tədbirdə 11-15 yaşlı 25 nəfər yeniyetmə gənc qızlar üçün interaktiv üsullarla maarifləndirici təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla ətrafl müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ayrılıqda ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmələr həyata keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyin əməkdaşı Nigar Ağakişiyeva və “Azəri Gənclər Alyansı” İctimai Birliyinin sədri Leyla Sadıqova dünyada geniş yayılan erkən nikahlar haqqında geniş məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində, “Biz erkən nikahlara yox deyirik!” adlı maarifləndirici sosial çarx hazırlanaraq sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.