• 25 Aprel 2024
logo
Narkomaniyaya yox deyək!

Narkomaniyaya yox deyək!

Martın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən "Seçim Sənindir" antinarkomaniya tədbirlərinin təşkili adlı layihənin ilk görüşü keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, bu zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil və sağlam həyat tərzi seçməsinə dəstək vermək və ümumilikdə bu sosial bəlaya qarşı mübarizədə iştirak etməkdən ibarətdir.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülkər Həsənova tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Daha sonra layihə çərçivəsində hazırlanmış maarifləndirici video-çarx nümayiş olunub. Ardınca tədbirə ekspert qismində dəvət olunmuş Orxan Şahbaz narkomaniya, zərərli vərdişlər və onlardan uzaq durmağın yolları haqda iştirakçılara ətraflı məlumat verib.