• 19 Aprel 2024
logo
Gənclər insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirilirlər

Gənclər insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirilirlər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənclərin İnsan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələr klubu" layihəsi çərçivəsində gənclər arasında İnsan alverinə qarşı mübarizə üzrə seminarlar başa çatıb.
Qəbələ və Oğuz rayonlarında həyata keçirilən tədbirlərdə gənclər, təhsil müəssisələrinin müəllim və şagird heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB-nin sədr müavini Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, gənclər arasında İnsan alverinə qarşı mübarizə üzrə seminarların, ictimai müzakirələrin təşkilinin zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.
Layihənin eksperti Ümüdvar Həsənov tərəfindən İnsan alveri nədir, Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumat verilib.
Seminarların sonunda insan alverinə qarşı mübarizə üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.