• 19 Aprel 2024
logo
"Dənizçilərə Sosial Dəstək" İB sorğu keçirib

"Dənizçilərə Sosial Dəstək" İB sorğu keçirib

Respondentlərdən əksəriyyəti şəhid və qazi ailələrinə göstərilən dövlət dəstəyindən razılıq ediblər
"Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yadımı ilə "Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonun Sabirabad kəndində 100 nəfər kənd sakini arasında "Şəhid və qazi ailələrinə dövlət dəstəyi sizi qane edirdirmi"- deyə sorğu keçirib.
Sorğunun nəticəsi 18-35, 36-50 və 50 yaşdan yuxarı sakinlər arasında 3 pillədə müəyyən olunub.
Sorğuda 81 kişi, 19 qadın iştirak edib. Onlardan 13 nəfəri ali, 16 nəfəri orta-ixtisas, 71 nəfər isə orta təhsillidir. Sorğu iştirakçılarının 22 nəfəri 18-35 yaş, 46 nəfəri 36-50 yaş, 32 nəfəri isə 50 yaşdan yuxarıdır.
"Şəhid və qazi ailələrinə dövlət dəstəyi sizi qane edirdirmi"- sualına cavab olaraq respondentlərdən 37 nəfəri dövlət dəstəyinin yüksək səviyyədə, 42 nəfəri qənaətbəxş, 21 nəfəri isə dəstəyin nisbətən az olduğu fikrində olub.