• 4 Dekabr 2023
logo
Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lər Azərbaycana səfərə gəlir

Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lər Azərbaycana səfərə gəlir

23-28 Fevral 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT nümayəndələri Azərbaycana səfər edəcəklər.
Afentlikdən verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30 illiiyi ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT-lərlə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.
Eyni zamanda Srebrenitsa QHT-lərinin təmsil olunduğu nümayəndələrin işğaldan azad olunmuş ərazilərə də səfəri nəzərdə tutulub.