• 18 May 2022
logo
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gələn ilin fəaliyyət planı müzakirə olunub

QHT-lərə Dövlət Dəstəyi Agentliyində gələn ilin fəaliyyət planı müzakirə olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən verilən məlumata görə, iclasda Müşahidə Şurasının 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub.
Müzakirələrdə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatının dinlənilməsi, Agentliyin Qrant siyasəti sənədinin təsdiq edilməsi, Agentliyin fəaliyyət strategiyasının qəbul edilməsi, İctimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatının dinlənilməsi və digər məsələlər yer alıb.
Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə edilib.