• 30 Noyabr 2021
logo
İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib

İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib

İctimai Nəzarət Mərkəzinin 17 noyabr 2021-ci il tarixində “Ekologiya, ətraf mühit və insan sağlamlığı” mövzusunda onlayn konfrans keçirilib.
Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib. İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və 16 noyabr 2021-ci il tarixində erməni təxribatı nəticəsində aparılan döyüşlərdə şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyib. Daha sonra dünyada, eləcdə də ölkəmizdə mövcud olan ekoloji problemləri, bu problemlərin həlli üçün keçirilən tədbirlər, islahatlar barədə iştirakçılara məlumat verib. Konfransda məruzəçi qismində çıxış edən Müstəqil Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynallı öz məruzəsini tədbir iştirakçılarına təqdim edərək yaranan ekoloji problemlərin əsas məğzini izah edib.
Konfrans müddətində bir sıra dövlət qurumları və QHT nümayəndələri - Biosfer İB-nin sədri Qorxmaz İbrahimli, Sağlamlıq və Termal Turizm İB-nin sədri Ruslan Quliyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gündüz Müsrəlov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Günel Məlikova, ASAN Xidmətin nümayəndəsi Səkinə Həsənova, Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli, ATXƏM-in sədri İlham İsmayılov, İnkişaf və Rifah Naminə İB-nin sədri Zəminə Səfərova, Səyyah (TSTT – RİTM) MMC-nin rəhbəri Qurban Dostəlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Tahirov, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Elçin Rüstəmov, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzini sədri Əli Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Səhid ailələri İB-nin sədri Mehdi Mehdiyev çıxış edərək öz fikir və təkliflərini bildirib.
Yekunda Telman Zeynallı verilən sualları cavablandırıb və ekoloji problemlərin həllinə dair öz təkliflərini irəli sürüb. Rauf Zeyni tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.
Cavid