• 29 Mart 2024
logo
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Heydər Əliyevin məzarını və II Fəxri xiyabanı ziyarət edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Heydər Əliyevin məzarını və II Fəxri xiyabanı ziyarət edib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 8 Noyabr - Zəfər Günü ilə ilə bağlı tədbir keçirir.
Tədbirdən əvvəl təşkilat nümayəndələri müharibə iştirakçıları ilə birlikdə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
Daha sonra QHT nümayəndələri İkinci Şəhidlər Xiyabanında olub şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edərək bildirib ki, bu günlər ölkəmiz üçün çox önəmli bir günlərdir. Ötən il Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etdi: "Bu gün qəhrəman şəhidlərimizin əziz xatirəsini anmaq üçün Şəhidlər Xiyabanındayıq. Şəhidlərimiz həmişə xalqımızın qəlbində yaşayacaq".