• 19 Noyabr 2019
logo
add image
“Xocavənd rayonunun memarlıq abidələri” adlı filmin təqdimatı

“Xocavənd rayonunun memarlıq abidələri” adlı filmin təqdimatı

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması dəstəklənməlidir. "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi" tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin Gürcüstanda və Türkiyədə təbliği" adlı layihə çərçivəsində, "Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti" barədə elmi praktik Konfransla layihəyə son verildi. Konfransın gedişində "Xocavənd rayonunun Memarlıq Abidələri" adlı sənədli filmi nümayiş etdirildi. Tədbir, Beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyətindən, Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasından bəhs edirdi. Tədbirin məqsədi, Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasında, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin əhəmiyyətini Türkiyə və Gürcüstan ictimaiyyət nümayəndələrinə çatdırmaqdır. Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinin zəruriliyi təşkilatın ən mühüm fəaliyyətlərindən biri kimi nəzərdə tutulmuşdur. Bu fəaliyyət planına; • AMEA Hüquq və İnsan Haqları İnstitunun mütəxəsislərini cəlb etməklə, Ermənistanın tərəfindən Azərbaycanın mədəni irsinin məruz qaldığı təhlükələr barədə qısametrajlı sənədli film çəkilməsi. • Beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyəti barədə Türkiyə və Gürcüstan elmi ictimaiyyətinin məlumatlandırılması. • Ermənistan hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması daxildir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından icmanın beynəlxalq arenada təbliği çox mühüm əhəmiyyət daşıyır. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə səbəb olacaqdır.. Problemin qayəsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsinə nail olmaq, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin öz yurdlarına dönmələri üçün etdikləri çağırışını dünya ictimaiyyətinə çatdırmaq, Beynəlxalq Təşkilatlardan münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutmalarını tələb etmək təşkil edir. BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır. Azərbaycanın bu istiqamətdə mövcud durumu və beynəlxalq səviyyədə qəbul edilən sənədlər müraciət etdiyimiz problemin ictimai əhəmiyyətini müəyyənləşdirməyə şərait yaratdı. Azərbaycanın 20% torpaqlarının Ermənistanın işğalı altında olması bu problemin aktuallığını önə çəkir. Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməsini rədd edir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq". Faiq İsmayılov