• 6 Dekabr 2021
logo
GYF-də “Şanlı Zəfərimiz” Adlı Anım Tədbiri Keçirilib

GYF-də “Şanlı Zəfərimiz” Adlı Anım Tədbiri Keçirilib

Bu gün “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının tariximizin şanlı səhifəsinə çevrilən 27 sentyabr II Qarabağ müharibəsinin başlanması və bu yolda canlarını fəda edən cəsur Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı anım tədbiri keçirilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqalədə və səaliyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyi Din Hizmetleri Müşaviri Zeki Yavuzyılmaz, millət vəkilləri Ceyhun Məmmədov və Anar İsgəndərov, QHT rəhbərləri, media təmsilçiləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, ehtiyatda olan hərbiçilər, şəhid ailələri, qazilər və alimlər iştirak edib.

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi”nin sədri Emin Həsənli tədbiri giriş sözü ilə açaraq “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının diqqətinin hər zaman şəhid ailələri və qazilərin üzərində olduğunu və koalisiyanın bu kimi tədbirləri daim təşkil etdiyini qeyd edib.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqalədə və səaliyyətli səfiri Doç. Dr. Cahit Bağcı Azərbaycan Türkiyə arasındakı qardaşlıq münasibətlərinin böyüklüyünə və gücünə Vətən Müharibəsində bir daha şahidlik edildiyini, Azərbaycanın haqq davasında, işğal altında olan 20% torpaqlarının geri qaytarılmasında başda İlham Əliyev olmaqla bütün Azərbaycanın rolu və əməyinin olduğunu, həmçinin Azərbaycanı hər zaman özünə qardaş hesab edən Türkiyə Respublikası ikinci Qarabağ Müharibəsində öz dəstəyini əsirgəmədiyini bildirib.

Millət vəkili Ceyhun Məmmədov çıxış edərək bildirib ki, şəhidlərin və qazilərin sayəsində artıq torpaqlarımız azad edilib, onların qorxmazlığı, cəsarəti və şücaəti nəticəsində bizlər vətənimizin bütövlüyünün şahidi oluruq. Tarix elmləri doktoru, professor Anar İsgəndərov Azərbaycan tarixinin qələbələrlə zəngin olduğunu, hər bir azərbaycanlının vətəninazadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını, amma bu zəfərin, əvvəlkilərdən daha şanlı, daha ali bir zəfər olduğunu qeyd edib.

General-leytenat Yaşar Aydəmirov isə Azərabaycanın hərb tarixindən, döyüş taktikaları və strateji planlarından bəhs edib.

Vətən müharibəsinin qaziləri XTQ-nin baş giziri Bani-Paşa Əvəz və baş gizir Məmmədov Mahir öz çıxışlarında Vətən müharibəsindəki Azərbaycan ordusunun şücaətindən bəhs edib və məğrur azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim 27 sentyabrdan başlayan 44 günlük müharibənin milli-mənəvi duyğuları, Azərbaycan xalqının, xüsusi ilə gənclər və uşaqların özünəinamını, dövlətə inamını gücləndirdi. Bu yolda Vətən Müharibəsi şəhidlərinin və qazilərinin əməyi ödənilməzdir. Bizlər də daim onların qayğısına qalmalıyıq, şəhid ailələri və qaziləri daim diqqətdə saxlamalıyıq deyə qeyd edib.

Tədbirin sonunda Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyi Din Hizmetleri Müşaviri Zeki Yavuzyılmaz tərəfindən şəhidlərimizin ruhuna dua oxunub və şəhidlərimiz üçün ehsan süfrəsi açılıb.