• 6 Dekabr 2021
logo
PA-nın sektor müdiri: “Veteranlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər var”

PA-nın sektor müdiri: “Veteranlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər var”

“Veteranlarla bağlı ölkədə 100-ə qədər QHT fəaliyyət göstərir. Bu QHT-lərin içərisində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi yer tutur”.
Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkil etdiyi “Nəsillərin görüşü” adlı konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi işin təşkili sektorunun müdir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib.
V. Quliyev deyib ki, bu kateqoriya insanlardan istifadə edərək öz maraqlarını güdənlər var: “Ona görə veteranlar da diqqətli olmalıdırlar”.