• 19 Aprel 2024
logo
277 QHT Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv olmaq istəyir

277 QHT Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv olmaq istəyir

Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraya 23 nəfərin namizədliyi qeydə alınıb.
Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılan Seçki Komissiyasından verilən məlumata görə, sentyabrın 2-dən 11-nə qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda iştirak edəcək təmsilçilərin (seçici) qeydiyyatı aparılıb. Həmin təmsilçilərin (seçici) siyahısı ilə BURADAN tanış ola bilərsiniz.
Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə DGK yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilib və İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınıb. “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.9-cu bəndinə əsasən səsvermədə iştirak edəcəklərin yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.
Qeyd edək ki, Komitə yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda sentyabrın 21-də saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 4a) gizli səsvermə yolu ilə seçiləcək. Təmsilçilər (seçicilər) səsvermə günü şəxsiyyət vəsiqələrini Seçki Komissiyasına təqdim etməklə birgə yığıncaqda iştirak edə bilərlər.