• 26 Aprel 2024
logo
Milli QHT Forumunun idarəetmə orqanlaırna seçilmək istəyənlər üçün son tarix

Milli QHT Forumunun idarəetmə orqanlaırna seçilmək istəyənlər üçün son tarix - ELAN

MQF-nin X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasının müddəti uzadıldı.
MQF-nin X Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinin müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadıldı.
MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcəkdir.
MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər. MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur.
Namizədliyi irəli sürmək üçün tələblər:
MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı.
Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix 30 sentyabr 2021-ci ildir. Müraciət üçün sənədlər [email protected] e-poçt ünvanına göndərilməlidir.
Qeyd: MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcəkdir.
Ünvan: Milli QHT Forumunun ofisi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 154 (Aqrar Tədqiqatlar Mərkəzinin binası, 2-ci mərtəbə, 10-cu otaq)
Əlaqə:
012 493 57 41; 012 493 54 81; 077 415 11 11; 077 415 15 15
e-mail: [email protected]