• 19 Aprel 2024
logo
QHT təmsilçiləri Ağdama səfər edib

QHT təmsilçiləri Ağdama səfər edib - FOTO 

Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçilərinin Ağdama səfəri təşkil olunub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə baş tutan səfərə 70-dən artıq QHT qatılıb.
Üç gün davam edəcək səfər çərçivəsində QHT təmsilçiləri Ağdamın müxtəlif yerlərinə baş çəkəcək, ermənilərin işğal müddətində törədiyi dağıntıları görəcək, eyni zamanda rayonda aparılan tikinti, yenidənqurma işlərinin gedişi ilə tanış olacaqlar.