• 25 Aprel 2024
logo
"Ermənistan beynəlxalq məhkəmədə cavab verməlidir"

"Ermənistan beynəlxalq məhkəmədə cavab verməlidir"

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında bütün tarixi və mədəni ieşrdimixi dağıdıb, talan edib, satıb, talayıb. Buna görə işğalçı Ermənistan beynəlxalq məhkəmədə cavab verməli olacaq.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

O, qeyd edib ki, Azərbaycanın multikultural dəyərləri, ölkəmizdə bütün xalqların və etnik azlıqların mədəni irsinin qorunub saxlanması dünyaya nümunədir: "Ölkəmizə səfər edən xarici rəsmilər buradakı tolerantlıq və dini dözümlüyün dünya ölkələrinə örnək olduğunu qeyd ediblər. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri sərbəst və təhlükəsiz fəaliyyət göstərirlər. Bütün azsaylı xalqların hüquqları qorunur. Ermənistan isə monoetnik dövlətdir, milli azlıqların hüquqları pozulur, onlar üçün başqa millətin nümayəndəsinin dəyəri yoxdur. Baxın, işğal olunmuş ərazilərimizdə Azərbaycanın mədəni və İslam isrsi dağıdılması, bu ölkənin digər xalqların mədəni irsinə münasibətdə barbar davranışı, vandalizm və dözümsüzlük siyasəti yürütdüyünü göstəricisidir".

QHT sədri deyib ki, erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib.
Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qızıl yataqlarımız talayıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar: "İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir".

Cavid