• 9 May 2024
logo
Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar - FOTO 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.
Komitədən verilən məlumata görə, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şuarlarını təkrar-təkrar səsləndiriblər.
Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.