Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi növbəti onlayn görüş keçirib.
İyulun 5-də “Zoom” üzərindən təşkil edilən görüş zamanı Ağentliyin icraçı direktoru Fuad Dərgahlı və Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənov ilə İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə fikir mübadiləsi aparıblar.
Agentliyin icraçı direktoru Fuad Dərgahlı görüş zamanı qurumun qarşısında duran vəzifələr və görüləcək işlər barədə məlumat verib.
Çıxış edən tanınmış QHT təmsilçiləri ağentliyin işinin yaxşılaşdırılması və QHT-lər ilə əməkdaşlığının gücləndirilməsi üçün aşağıdakı təkliflər ilə çıxış ediblər:
- QHT-lərin institutsional inkişafı üçün layihələrin təqdim olunması;
- Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara hesabatların yazılmasında QHT-lərin rolunun artırılması və onlar üçün effektiv mühitin formalaşdırılması;
- Azərbaycanın beynəlxalq auditoriyalarda səsinin eşidilməsi və mövqeyinin çatıdırılması üçün təqdidat layihələrinə üstünlük verilməsi və beyin mərkəzlərinin inkişafına nail olmaq;
- QHT-lərin qeydiyyatının sadələşdirilməsi, digər kommersiya qurumlarının qeydiyyatı zamanı sadə prosedurların burda da tətbiq olunması;
- Xarici donorların ölkəyə qayıtması üçün mühitin formalaşdırılması;
- QHT-lərin aldıqları qrantların qeydiyyatı ilə bağlı prosedurların asanlaşdırılması;
- Regionlardan olan təşkilatların inkişafına diqqətin artırılması;
- İstehlakçı hüquqlarına xüsusi diqqətin artırılması;
- QHT-lərin ixtisaslaşması yolu ilə onların professionalığının artırılmasına diqqət;
- Xidmət sahəsində çalışan QHT-lərin davamlılığının artırılması;
- İnsan hüququları və demokrtaiya sahəsində maarifləndirmə layihələrinin artırılması;
- Seçkilər və insanların seçkilərdə iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinə maliyyə yardımı;
- Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində QHT-lərin aktiv iştirakına diqqət;
- QHT-lərin mövzular üzrə hesabatlar yazmaq və onu yaymasını stimullaşdırmaq;
- Davamlı və uzunmüddətli layihələrin maliyyələşdirilməsi;
- Erməni vətəndaşlarımız ilə sülh içində yaşamağa xidmət edəcək fəaliyyətin dəstəklənməsi;
- Dövlət orqanlarının QHT-lərin sorğularına cavabının daha operativ olmasına çalışmaq;
- Bəzi QHT-lərin 2014-cü ildən bu günə kimi banklarda qalan vəsaitlərinin istifadəsinə icazənin verilməsi;
- Məcburi köçkünlər ilə işin qrulması və repatriasiya prosesində QHT-lərin iştirakı.